Kiberdələduzluğun son zamanlar yayılan fərqli növü VİDEO

Bu gün, 10:01           
Kiberdələduzluğun son zamanlar yayılan fərqli növü  VİDEO
Əvvəlcə vətəndaşlara adi nömrə ilə zəng edirlər sonra video görüntünün açılmasının vacib olduğunu bildirirlər, ardınca da şəxsin üz görüntüsünü əldə edərək, dələduzluq edirlər.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, bu üsulla süni intellektdən istifadə edərək şəxsin adından videolar düzəltmək mümkündür və dələduzlar da bunu icra edirlər.

Elvin Abbasov deyir ki, görüntü vasitəsilə şəxslərin adına banklardan kredit götürmək və ya bank kartlarından dələduzluq etmək isə mümkün deyil.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, vətəndaşlara naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı diqqətli olmağı, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, tanımadıqları və ya etibar etmədikləri şəxslərlə görüntülü kommunikasiyadan çəkinmək tövsiyə edilir.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.