Hamilələr və ana südü verən qadınlar üçün hansı balıq təhlükəsizdir? - Həkimdən tövsiyələr

Bu gün, 17:45           
Hamilələr və ana südü verən qadınlar üçün hansı balıq təhlükəsizdir? - Həkimdən tövsiyələr
Dənizlərdə artan çirklənmə və qatı selik təbəqəsi təhlükəsi xüsusilə körpələrin inkişafı üçün ciddi sağlamlıq riskləri yaradır. Mütəxəssislər hamilələr və süd verən analar üçün ən təhlükəsiz olan balıqları sadalayıblar və zəhərli maddələr barədə xəbərdarlıq ediblər.

Haber Global-ın xəbərinə görə, bu barədə türkiyəli professor, ginekologiya və doğum üzrə mütəxəssis Ayşe Kafkaslı danışıb.

Kafkaslı hamilə qadınlara və süd verən analara balıq istehlakı ilə bağlı seçimlərində ehtiyatlı olmalarını tövsiyə edib. Onun sözlərinə görə, dənizlərdə yığılan ağır metal və zəhərli maddələr böyük balıqlara daha çox təsir göstərdiyi üçün ton balığı, qılınc balığı, torik balığı kimi növlərdən qacınmaq lazımdır.

"Dənizlərdə çirklənmə artdıqca böyük balıqlarda toplanan zəhərli maddələr hamilə qadınlar və körpələr üçün daha böyük təhlükə yaradır", - deyə mütəxəssis bildirib.

"Qatı selik təbəqəsi dənizin ekosistemini pozur, balıqların ağır metallar və toksik kimyəvi maddələrlə zəhərlənməsinə gətirib çıxarır. Bir çox araşdırmalar göstərib ki, civə, qurğuşun və arsen kimi maddələr dəniz məhsullarında toplanır və insan sağlamlığı üçün təhlükə yaradır. Bu maddələr hamiləlik dövründə plasenta vasitəsilə körpəyə keçə və beyin inkişafına mənfi təsir göstərə, autizm riskini artıra və immunitet sistemini zəiflə bilər. Həmçinin ana südü ilə körpələrə də keçə və uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər", - deyə Ayşe Kafkaslı qeyd edib.

Həkimin sözlərinə görə, hamilələr və körpəsinə ana südü verən analar üçün ən təhlükəsiz balıqlar hamsi, sardina və skumbriyadır.

"Bu kiçik balıqlarda ağır metal çox daha az toplanır və sağlam omeqa-3 yağ turşuları ilə zəngindirlər", - deyə professor əlavə edib.

"Araşdırmalar göstərib ki, balıq təsərrüfatlarında istifadə edilən yemin tərkibindəki kimyəvi maddələr və antibiotiklər, həmçinin kiçik yerlərdə saxlandıqları üçün çox miqdarda fekallar insan sağlamlığı üçün uzunmüddətli risklər yaradır. Bu səbəbdən də balıq təsərrüfatlarında yetişdirilən balıqların əvəzinə təbii mühitdə yetişən dəniz balıqlarını seçmək daha təhlükəsizdir", - deyə Kafkaslı vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.