Ukrayna müharibəsindən qayıdan rus əsgərləri 3 ildə 300-ə yaxın adam öldürüb – ŞOK

Bu gün, 15:25           
Ukrayna müharibəsindən qayıdan rus əsgərləri 3 ildə 300-ə yaxın adam öldürüb – ŞOK
Rusiya ordusunun 24 fevral 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğal əməliyyatına başlamasından bəri müharibədən qayıdan hərbçilər Rusiyada azı 294 nəfəri qətlə yetirib.

Tribunainfo.az xəbər verir ki, bu barədə “7×7. Horizontalnaya Rossiya” nəşri araşdırma yayıb.

Məlumata görə, araşdırmaçılar son üç ildə müharibədən qayıdan əsgərlərə qarşı 271 məhkəmə hökmü qeydə alıb. Bu cinayətlərin hərbi əməliyyatlarla əlaqəsi yoxdur və mülki şəxslərə qarşı törədilib.

Qeyd olunur ki, əksər məhkəmələr müttəhimlərin müharibədə iştirakını yüngülləşdirici hal kimi qiymətləndirib.

Araşdırmaya əsasən, hərbi münaqişədən qayıdan rusiyalıların törətdiyi bu cinayətlər Rusiyanın azı 64 regionunda qeydə alınıb. Xüsusilə Rostov vilayəti və Krasnodar diyarında bu cür hadisələr daha çox baş verib.

Bildirilib ki, məlumatlar bütün bölgələri əhatə etmir və araşdırmada Rusiya ordusunun içində baş verən qətllər nəzərə alınmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.