FTB: 1,5 milyard dollarlıq kriptovalyuta oğurluğunun arxasında Şimali Koreya dayanır

Bu gün, 16:44           
FTB: 1,5 milyard dollarlıq kriptovalyuta oğurluğunun arxasında Şimali Koreya dayanır
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) çərşənbə günü Şimali Koreyanı ötən həftə 1,5 milyard dollar dəyərində rəqəmsal aktivlərin oğurlanmasının arxasında durmaqda ittiham edib. Bu, tarixdəki ən böyük kriptovalyuta oğurluğudur.,

"(Şimali Koreya) kriptovalyuta birjası Bybit-dən təxminən 1,5 milyard dollar dəyərində virtual aktivlərin oğurlanmasına görə məsuliyyət daşıyır," – FTB ictimaiyyətə verdiyi açıqlamada bildirib.

Büro oğurluğun TraderTraitor adlı, həmçinin Lazarus Qrupu kimi tanınan bir qrup tərəfindən həyata keçirildiyini bildirib.

Məlumata görə, qrup "sürətlə hərəkət edərək, oğurlanmış aktivlərin bir hissəsini Bitcoin və digər virtual aktivlərə çevirib və onları bir neçə blokçeyndə minlərlə ünvana yayaraq gizlədib."

"Bu aktivlərin daha da yuyulması və nəhayət, fiat valyutasına çevrilməsi gözlənilir," – FTB əlavə edib.

Lazarus Qrupu on il əvvəl Şimali Koreya lideri Kim Conq Unu ələ salan"The Interview" adlı filmə qisas olaraq Sony Pictures-ə kiberhücum etməkdə ittiham olunanda tanınmağa başlamışdı.

Şimali Koreyanın kiber-müharibə proqramı ən azı 1990-cı illərin ortalarına qədər gedib çıxır.

ABŞ ordusunun 2020-ci il hesabatına görə, bu proqram sonradan bir neçə ölkədə fəaliyyət göstərən və 6,000 nəfərdən ibarət "Büro 121" adlı kiberhücum bölməsinə çevrilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.