ALMAN ƏSİLLİ TRAMPIN ULU BABASI KİM OLUB?

Dünən, 00:04           
ALMAN ƏSİLLİ TRAMPIN ULU BABASI KİM OLUB?
Rusiya 1867-ci ildə Alyaskanı ABŞ-a 7,2 milyon dollara satıb. Təqvimlər 1890-cı illərə dönəndə Amerikanın araşdırmaq üçün, başqa yeri qalmamışdı. Alyaskadan başqa!
Qar və buzla örtülmüş Alyaska əvvəlcə heç kimin diqqətini çəkmədi. Amma bir gün iki dost Corc və Cim dedi-qoduların ardınca Bonanza-Alyaskaya yola düşürlər.
Sərt hava şəraitinə, qeyri-mümkün şərtlərə baxmayaraq, dostlar təslim olmayırlar. İlk qızıllarını 1896-cı ilin avqustunda tapırlar. Xəbər çox tez yayılsa da, lakin çoxu cəfəngiyyat olduğu üzə çıxdığından, az adam diqqətini cəlb edir.
Amma Portland adlı gəminin 1897-ci il iyulun 17-də Seattle limanına çatana qədər. Gəminin Alyaskada tapılan bir tondan çox qızıl daşıdığı anlaşılınca, "qızıl hücumu" başlanır!
Əvvəlcə 100.000-dən çox insan varlanmaq ümidi ilə yola düşür. Onlardan 60 mini soyuq, xəstəlik və aclıqdan yollarda ölür.
Qızıl üçün Alyaskaya gedənlərdən biri də 16 yaşında 1885-ci ildə Amerikaya mühacirət edən alman Fridrix idi. O, bərbər işləyirdi, bacısı və əri ilə birlikdə cib avtomobili boyu boyda bir mühacir mənzilində yaşayırdı.
O da bəxtini sınamaq istəyir. Fridrix ilk dəfə restoran biznesindən başlayır. Bir az pul yığır və 1898-ci ilin martında gəmi ilə Alyaskaya yola düşür.
Hamı qızıl axtararkən, Fridrix Levin adlı şərik tapır və taxtadan tikilmiş iki mərtəbəli binada otel açır. İşlər olduqca yaxşı getməyə başlayır.
Asanlıqla əldə edilə bilən qızıl həmin məkanda qurtardıqda və insanlar növbəti mədən sahəsinə köçməyə başlayanda, onlar otellərini sökdülər, onu qayığa yüklədilər və yeni inkişaf etmiş şəhərcikdə yenidən tikdilər.
On minlərlə insan varlanmaq üçün qızıl mədənləri axtararkən, Fridrix və Levinin qızıl axtarmağa gələnlər üçün, işlətdikləri otel qızıl mədəni kimi işləyir, sözün əsl mənasında pul kəsirdi.
Əvvəlcə bar açdılar və ərazidə olmayan içkiləri satmağa başladılar. Onlar on minlərlə hazır mədənçi tapdılar və kazinolar və fahişəxanalar açmaqla xidmətlərində heç bir məhdudiyyət tanımadılar.
Qızıl qaçışında minlərlə insan əyləncəyə, içkiyə, qumara və fahişəxanaya xərclədikləri pullar sayəsində böyük sərvət sahibi oldular.
Almaniyadan mühacirət edən və Amerikada inanılmaz pul qazanan bu macəraçının tam adı Fridrix Tramp idi. Amerikanın əvvəlki və bu günkü prezidenti Donald Trampın ulu babası!
Tramp hər şeyi babasına borcludur.
Adam qızıl axtarmadı, amma qızıl tapanlardan çox qazandı. O, beynini böyük bir sərvət qazanmaq üçün istifadə etdi və bu sərvətlə qızıl saçlı nəvəsini ABŞ prezidenti etdi.
Esmira ŞÜKÜROVA
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.