18-24 yaş arası şəxslər üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması doğru addımdırmı? – HÜQUQŞÜNASDAN AÇIQLAMA

Bu gün, 16:34           
18-24 yaş arası şəxslər üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması doğru addımdırmı? – HÜQUQŞÜNASDAN AÇIQLAMA
18-24 yaş arası şəxslər üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması doğru addımdırmı? – HÜQUQŞÜNASDAN AÇIQLAMA
Azərbaycanda 18-24 yaş arası şəxslər üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir.

Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub.

Bəs bu addım 18-24 yaş arası həbs olunan şəxslər üçün həqiqətən doğru addımdırmı?

İndex.az bununla bağlı hüquqşunas Əkrəm Həsənov ilə əlaqə saxlayıb.

Hüquqşünasın sözlərinə görə, bu addım doğrudur:

“Psixoloqlar və elm adamları bu mövzunu araşdırarkən o nəticəyə gəlirlər ki, müasir dövrdə insanların inkişafı əvvəlki illərə nisbətən daha uzun sürür. Əvvəllər 20 yaşında, hətta 18 yaşında insanlar cəmiyyət tərəfindən yetkin sayılırdı. Ancaq indiki dövrün şərtlərində insanların yetkinlik yaşı 25 yaşa qədər yüksəlib. Bu tip insanları həbsxanalarda özlərindən yaşca böyük insanlarla bir yerə salmaq doğurdan da düzgün deyil. Yetkinlik yaşının yüksəldiyini nəzərə alsaq bu addımın doğru addım adlandırmaq olar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.