2 metr boy, 200 kiloqram çəki - Tarixin ən nəhəng hökmdarı

Bu gün, 11:44           
2 metr boy, 200 kiloqram çəki - Tarixin ən nəhəng hökmdarı
Tarixdə böyük uğurları yaxud məğlubiyyətləri ilə yadda salan yüzlərlə monarxın adı məlumdur. Amma bəzən monarxlar döyüş meydanındakı qələbələri yaxud siyasi gedişləri ilə deyil, sadəcə öz həyat tərzləri və fiziki quruluşları ilə də yadda qalırlar.

Lent.az tarixin ən nəhəng monarxı adlandırılan Tonqa kralı IV Taufahau Tupou (1918-2006) haqda yazını təqdim edir.

IV Taufahau Tupou 1965-ci ildən 2006-cı ilə qədər Tonqa Kralı olub. IV Taufahau Tupou (red - bundan sonra sadəcə Tupou adlandırılacaq) təxminən iki metr hündürlüyə və ​​ 200 kq-a qədər çəkiyə malik idi. Lakin Tupounun böyük çəkisi və artıq piyləri onu bütün həyatı boyu onu müşayiət etməmişdi. Gənclik illərində o, əsl idmançı, əla reqbi oyunçusu idi və sonra təhsil aldığı Sidney Universitetinin komandasında oynadı.


Daha sonra, artıq kral olduqdan və dövlət işləri ilə maraqlanandan sonra sürətlə çəki almağa başladı və çəkisi iki yüz kiloqrama çatdı. Sonradan kral fiziki durumundan bezdi və idman zalına sıx səfərləri və yağsız şorbalardan ibarət pəhrizi ilə çəkisini azaltdı. Nəticə heyrətamiz olur: Tupou gəncliyində olduğu kimi ideal çəkiyə dönür və 88 yaşına qədər yaşayır.

Görünə bilər ki, Tupou xasiyyətcə sərt idi, amma bu belə deyildi. O, universitetdə hüquq dərəcəsi alır, tarix və incəsənətlə maraqlanır, paralel olaraq yerli jurnalın redaktoru kimi çalışır. Onu bəzən ölkənin ən savadlı adamı adlandırırdılar. Eyni zamanda o, həsəd aparacaq dərəcədə həvəslə kitablar oxuyurdu. Tupou III Tutmozdan başlayaraq müasirlərinə qədər böyük siyasi xadimlərin tərcümeyi-hallarına və əsərlərinə üstünlük verirdi. Tonqa kralı hətta hakimiyyətinə Tonqa əlifbasının islahatı barədə qərarla başladı.

O artıq çəki toplasa da idmanla intensiv məşğul olurdu. Kral sadəcə olaraq reqbi və dayaqla tullanmanı əvvəlcə otüstü hokkey, sonra isə sumo güləşi ilə əvəz etdi. Bu idman növlərindəki rəqiblər təsadüfi seçilmişdi və belə bir nəhənglə üzləşməkdən çəkinirdilər.

IV Tupou bütöv bir adanı fəthetmək gücünə də malik idi. Hər şey 1972-ci ildə, milyonçunun başçılıq etdiyi və Tonqa ilə qonşu olan qayaları zəbt edən hippilərin gəlişi ilə başladı. Onlar əraziyə tikinti tullantıları yığdılar, üstünü qumla örtdülər və Minerva Respublikası adlandırdıqları bir ada yaratdılar. Onkarın fikrincə, bu, xoşbəxtlik və ədalət ölkəsi olmalı idi. Amma hippilərin nəzərə almadıqları yeganə amil Tupounun bunu ölkənin ərazi bütövlüyünə hücum kimi qəbul etməsi idi. O, heç bir müharibə və diplomatik danışıqlar aparmadan, sadəcə olaraq AK-47 avtomatı ilə qayığa oturub və separatçı respublikaya səfər edir. Orada o, təkbaşına hippiləri adanadan qovur və onların utopik cəmiyyətinidağıdır.

Kral 2006-cı ildə 88 yaşında vəfat etdi. V Georq Tupou adı ilə hökmranlıq edən oğlu, kütləvi etirazlar və iğtişaşlarla üzləşdi və o vaxtdan bəri demokratik islahatlara gedərək Tonqada kral hakimiyyətini xeyli məhdudlaşdırdı.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.