"İlan çarlığı"nın altındakı sirli qəbirlər açıldı
21-10-2016, 12:53

Bu sirlərin açılması ilə gələcək insanlıq dünya tarixinin bu ən böyük tapmacasını tapacaq
Qvatemala şəhərindəki qədim "İlan çarlığı" piramidalarının altından, indiyədək arxeoloqların diqqətindən qaçmış iki sərdabə tapılıb. Qeyd olunur ki, 650-700 il əvvəl tikilən bu sərdabələr paytaxtdan 482 km şimalda tapılıb. Başsız bədənin uyuduğu sirli qəbir Sputnik-in məlumatına görə, bu barəd Daily Mail nəşri məlumat yayıb. Mayyalıların sirli sivilizasiyası həmişə tarixçilər üçün çətin qırılan qoz kimi olub. Lakin hər bir yeni kəşf alimləri bu qədim xalqın mənşəyi haqqında suallara cavab tapmağa bir az da yaxınlaşdırır. Aydın şəkildə görünür ki, bu sərdabələrdə nüfuzlu insanlar dəfn olunub. Çünki onların dişləri mayyalıların kral ailələrinin ənənələrinə uyğun olaraq yəşim daşı ilə naxışlanıb. Buradakı bəzək əşyaları da yaxşı qalıb: skeletlərin qollarında və qıçlarında iki qolbağı, bud sarğısı və təmtəraqlı boyunbağı, inanılmaz dərəcədə dəqiqliklə işlənmiş yüzlərlə deşikli muncuq.



Sputnik.