MİDA-nın layihələri çərçivəsində 11 minə yaxın ailə mənzil əldə edib

Dünən, 16:34           
MİDA-nın layihələri çərçivəsində 11 minə yaxın ailə mənzil əldə edib
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyətdə olduğu 9 il ərzində onun layihələrindən ümumilikdə 10 687 ailə mənzil əldə edib.

TEREF xəbər verir ki, bunu “Report”a müsahibəsində MİDA-nın İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov bildirib.

Onun sözlərinə görə, əhalinin güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədi ilə 9 illik fəaliyyəti dövründə Agentlik Bakıda və regionlarda ümumilikdə 11 güzəştli mənzil layihəsinin icrasını həyata keçirib.

“Həmin layihələrdən 8-nin inşası tamamlanıb, 3 layihə isə hazırda reallaşdırılır. İcrası tamamlanmış layihələr – Yasamal Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt şəhəri, Zəminə Həsənova küçəsində inşa edilmiş güzəştli mənzillər, Gəncə Yaşayış Kompleksi, Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksidir. İnşası tamamlanmış layihələrdə 12 minə yaxın mənzil, 5 məktəb, 9 uşaq bağçası, 1 müasir tibb mərkəzi və 1 ticarət mərkəzi tikilib. Bu layihələrdə tikilmiş mənzillər həm “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılıb, həmçinin dövlət sifarişi əsasında ayrılıb”, – deyə sədr müavini qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.