SSRİ-nin bacarmadığı ən şərəfli “QANUNİ OĞRU”: Vəzifədən, milyardlardan imtina və... - FOTO/VİDEO
16-01-2017, 09:45
30 yanvar 1986-cı ildə SSRİ-nin daxili işlər nazirliyinin mərkəzi aparatının əməkdaşı Solikamsk şəhərindəki “Ağ Ququşu” ("Belıy Lebed" koloniyalar sistemi idi. Bura bir necə cəza koloniyası daxildir! T.İ) koloniyasında oğru dünyasının nüfuzlu isimlərindən olan Vasiliy Babuşkin (Vasya-Brilyant) ilə görüşür. Hökumət adamı avtoritetə SSRİ-nin Daxili İşlər Nazirliyində müavin vəzifəsində işləməyi təklif edir. Cavabında isə bunu alır: “Mən ölkənin ilk “satqını” olmaq istəmirəm”. Yəni “Mən hökumətlə əməkdaşlıq edən oğru olmaq istəmirəm”.
Publika.az-ın “Oğrudan doğru” layihəsində bu dəfə Vasya Brilyant danışacağıq.
Əslində məsələ daha ciddi idi. Belə ki, oğru Babuşkin ölkədə sakitçiliyin təmin olunmasını istəyən, canilərin ipini yığmağı bacaran ilk oğruydu. Qanuni oğru Vasya Brilyantın sözü istənilən partiya və hökumət təşkilatından üstdə dayanırdı.
Nep dönəminin son oğrusu
Babuşkin Vladimir Petroviç 1928-ci ildə 10 aprel tarixində Astraxanın Saratov quberniyasında anadan olub.
O, NEP dönəmindən (NEP SSRİ-nin ilk onilliyində yürüdülən yeni iqtisadi siyasətin adıdır. Qeyd edək ki, bu siyasət mahiyyət etibarı ilə bazar münasibətlərinə yaxın idi və klassik sosializm iqtisadi modelindən xeyli fərqlənirdi. Bu dövrdə varlanaraq nüfuz qazanan adamlara nepçilər deyirdilər. 1930-cu illərdən başlayaraq nep ləğv olundu və varlılar sinfi düşmən kimi güllələndi (qulaq, tacir və s.) qalan, oğru dünyasının qanunlarını yaradan və bütün həyatını bu qanunlar üzərində quran, habelə heç vaxt onlara xəyanət etməyən axırıncı qanuni oğrudur. Onun bütün həyatını qanuni oğrulara nümunədir. Həyatının böyük hissəsini, 40 ildən çoxunu həbsxanalarda və sürgünlərdə keçirdib. Onu çox rahat “katorqaçı” adlandırmaq olar. Ömrü boyu bir dəfə də olsun hakimiyyətə işləməyib, 1948-ci ildən üç dəfə qaçmağa çalışıb və heç zaman vaxtından tez azadlığa buraxılmayıb.
Oğru dünyasının ən çox sözü keçən, oğruları tək taclandıra bilən yeganə oğru cinayət dünyasında Vasya Brilyant kimi tanınırdı.
40 illik məhkumluq həyatı
40-cı illərin sonunda, 4 iyun 1947-ci ilin “Vətəndaşların şəxsi əmlakının müdafiəsinin gücləndirilməsi” fərmanına əsasən, Babuşkin cibəgirənlik üstündə həbs olunur. Beləliklə gənc oğru ömrünün 40 ilini həsr edəcəyi sovet sisteminin həbs və lagerlərinə səyahətə başlayır. Bu səyahət onun “Brilyant” ləqəbi alması ilə nəticələnir. Elə həmin il, 21 yaşında ilk dəfə “qanuni oğru” kimi taclandırılır. Vasya Brilyantın adı Vətənin hər trəfindən eşidilməyə başlayır. Ural və Saxalində bir neçə “zonaya” nəzarətçi olan Brilyant, 1954-cü ildə “sxodka” da qəbul olunan ümumi qərara görə, üç nəfər “satqın” oğrunu qətlə yetirir.
Bu hadisədən sonra Vladimir Babuşkini Vladimir sentralına (çar Rusiyasında mərkəzi katorqa həbsxanası) keçirdirlər. 50-ci illərdə Vladimir həbsxanasında cinayət dünyasının liderlərini müəyyən edərək, “sındırmaq” prosesinə başladılar. DİN onları “sındıraraq”, hökumətlə əməkdaşlıq etməklərinə nail olmaq istəyirdi. Vladimir sentralında Aleksandr Zaxarov (Şurik Zaxar), Qena Karkov (Monqol) və Brilyantdan başqa qırx il ərzində 70-dən çox qanuni oğru cəzasını çəkib.
Oğru dünyasına sadiq yeganə oğru
Vladimir sentralında belə insanlarla əvvəlcə sadə suallar verirdilər: “Oğru olmaq istəyirsən? Sən cani qanunları ilə yaşayırsan? Bu nə deməkdir? Sən İsa peyğəmbəri tanıyırsan? Onun əzabları yüngül idi? Səndə onun kimi çarmıxa çəkilmək istəyirsən? Oğru dünyasında taclanmaq istəyirsən?”
Belə suallar yerini söyüşlər, təhqirlər verərək, canini dözülməz ağrılar verən alətlərlə işgəncə verərdilər. Sonda isə məhbusu karserə (inqilabdan qabaq məktəblərdə, kazarmalarda - bir işdə təqsiri olanları müvəqqəti həbs etmək üçün biradamlıq darısqal otaq) göndərərdilər. Karserdə əvvəlcə xoşluqla əlinə süpürgə almağı tələb edirlər. Əynində tək köynəklə 5 dərəcə istidə küçəni silib-süpürmək asan iş deyil. Etiraz edənləri isə vəhşicə döyərək, hər kəsin gözü önündə alçaldırdılar. Elə Vasya Brilyantı alçaltdıqları kimi. Brilyant etiraz etməməsinə baxmayaraq döyülür və yerə yıxılır. Qan gələn ağzına “intizam bölməsi” yazısı olan sarı düyməli qırmızı parça tıxayırlar. Hələ üstünü süpürgələr ilə örtürlər. Əfsanəvi oğrunu bu qədər alçaltmağın səbəbi isə ona məhbuslara müraciət məktubunu yazmağa məcbur etmək idi.
Növbəti gün Vasya Brilyantdan soruşurlar: Sən hansı haqq yolunu seçirsən? Müraciəti imzala və “özümüzkü” ol! Müraciətin mətni:
“Mən, Babuşkin Vladimir Petroviç, Vasya Brilyant ləqəbli, dəfələrlə mühakimə olunmuş, qanuni oğru sizə, məhbuslara müraciət edirəm.
Mən, Vasya Brilyant, həyata baxışımı dəyişərək, oğru qanunlarından imtina etdiyimi və haqq yoluna qayıtdığımı etiraf edirəm: həbsxana qanunlarına uyacağam, administrasiya rəhbərlərinin dedikləri yerdə işləyəcəyəm, intizam bölməsinə daxil olacağam.
Sizi də mənim kimi olmağa çağırıram.
İmza: Amma o, imzadan imtina edir.
Dedektiv: ОМ 231-4
Daxili xidmətin leytenantı: İvanov
19.09.1968”
Ömrünün sonuna kimi müraciət imzasız qalır...
Asket həyatı, kasıbçılıq və nümunəvi oğru
Vasya Brilyant oğru şərəfini tapdalamağa imkan vermədi. O, həmişə köhnə oğruların sözünü xatırlayardı: oğrular hökumətin sözü ilə oturub-durmur, onlarla əməkdaşlıq etmir və həmişə öz ideyalarına sadiqdir. Vasya həqiqət bu prinsiplə yaşayırdı. Kamera yoldaşları bir dəfə ona belə bir sual ünvanlayır: Vasya, yeri silmək sənin üçün “zapadlo” deyil? O isə cavabında: Əgər mən uça bilsəydim, yerləri silməzdim. Bir haldakı mən yerdə gəzirəm, demək mən öz arxamca hər şeyi özüm təmizləməliyəm.
Belə düzgün düşüncə tərzi həbsxana divarlarında nümunəvi davranış formasını yaradırdı. Beləliklə o, Bütün sovet hakimiyyətinin tanıdığı, amma çox az adamın gördüyü ömürlük əfsanəyə çevrildi.
Vasya Brilyant ilə bir kameranı bölüşən məhbuslar onun çox sakit təbiətli insan olduğunu deyirdilər. O, heç vaxt səsini qaldırmaz, söyüş söyməzdi. Heç buna ehtiyac da yox idi. Bir kəlməsi ilə hamı “yerində oturardı”. Xarici görünüşü isə tamam fərqli idi. Arıq, balacaboy, eynək taxan Vasya heç də qorxulu görünüşə sahib deyildi.
Bütün həyatını həbsxana otaqlarında keçirdən redivistlər kimi, Brilyant mütaliəli adam idi. Rus klassikası ilə maraqlanırdı. Əsl qanuni oğru kimi asket həyat tərzi sürüb. Nə var-dövlətə, nə də ailəyə sahib idi, kasıblar kimi yaşayırdı. Vasya Brilyant bu standartlarla yaşayan sonuncu qanuni oğru olub.
Hakimiyyətlə əməkdaşlıq etməyin oğru...
1982-ci ildə Tbilisi də daha bir vacib “sxodka”da qanuni oğruların hökumətlə əməkdaşlıq edəcəyi ilə bağlı məsələ qaldırılır. İlk şərtlər artıq bəlli idi. Bu məsələ 4 il sonra yenidən qalxan zaman Vasya Brilyant buna qarşı çıxır. O, oğru qanunlarına əsasən, dövlətlə əməkdaşlığın mümkün olmadığı fikrində idi. Ancaq bununla bağlı yekun qərara gəlinə bilmədi. Lakin buna baxmayaraq bu fikrin tərəfdaşları məlum olur. Belə ki, “sxodka” da Brilyantı Vasya Korj, Vsya Buzulutskiy, Saşa Şorin, Quram Starıy, Qoqi Çikovani kimi köhnə fikirli oğrular, ideyanı ortalığa atan yeni oğruları isə Qivi Kolimskiy və “Svo Raf” ləqəbli Rafik Bakinski adlı oğrular dəstəkləyib.
Sovetin qanuni oğruları məhv etmək planı, amansız “Ağ Ququş” katorqası
Cinayət dünyasına münasibətdə dövlət həmişə qeyri-adi addımllar atıb. Qanuni oğruları “sındırmağa”, onların avtoritetini əzməyə və lagerlərdə onlara qarşı qıcıq yaratmağa çalışırdılar. Elə bu fikirlə SSRİ Dazili İşlər Nazirliyi qanuni oğruların və avtoritetlərin saxlanacağı eksperimental lager təşkil edərək cani dünyasının “ayılarını” eyni yuvaya toplayır. Solikamska ИТК № 6 adlanan bu yuva, xalq arasında “ Ağ qu quşu” adlandırılmağa başlanır. 80-ci illərə kimi fəaliyyət göstərən lager, düşünüldüyü nəticəni verir. Bir damın altında 24 saat ünsiyyətdə olan oğrular bir-birini gəmirməyə başlayır. Hətta onları yer silməyə də məcbur etmirdilər. Əslində məqsəd başqa idi. Onlar residivistlərin (dəfələrlə cinayət edən adam) məktub yazaraq öz xoşuna haqq yoluna gəlmələrini və qanuni oğru tacından imtina etmələrini istəyirdilər. Bunun nəticəsidə “malyava” adlı oğrulara məxsus müraciət məktublar peyda oldu (Vasya Brilyantın Vladimir sentralında 1956-cı ildə yazdığı müraciət məktubu). Və eksperiment baş tutdu: 50-ci illərin sonu 30-cu illərin oğrularından yalnız 3% qalmışdı. Cəza çəkmə müəssisənin avtomobili son məhbusun meyitini götürəndən sonra sevinclə axırıncı qanuni oğrunun öldüyünü elan edir. Qanuni oğrular yox kimi idi, məhbusları guya bölmələrin rəhbəri idarə edirdi, oğru elitası adi cinayət qruplaşması sayılırdı... Amma yenə də həbsxanalardakı vəziyyəti qanuni oğrular idarə edir.
Qanuni oğruları klan kimi 80-ci illərə qədər qəbul olunmadı. Lakin yenidən qurulmaqda olan dövlət üçün cinayətkarlığı idarə etmək üçün yeni üsullar lazım idi. “Qanunçular” üçün yenə uzun və yuxusuz gecələr başlamışdı...
Bütün bu hadisələrin fonunda, nep dövrünün oğrusu Vladimir Babuşkin titulundan və klandan imtina etmir. Həyatı boyu bir gün belə dövlətlə əməkdaşlıq etməyən Vasya son illərini tək kamerada keçirdib. Başqa canilərə nümunə olmasın və onları hökumətlə əməkdaşlıq etməkdən çəkindirməsin deyə, dünya ilə ünsiyyət qurması tamamilə qadağan olunur.
Oğru qanunları yaşatmaq arzusu, son sözləri...
30 yanvar 1985-ci ildə cəzasını çəkdiyi Solikamska ИТК-6 yəni “Ağ qu quşu” həbsxanasında DİN-in mərkəzi aparatının əməkdaşı ilə görüşür. Həmin görüşdən bir hissə:
“Bütün cinayətləri oğruların üzərinə atmayın. Biz öz üzərimizdə oğrunun şərəfli xaçını gəzdiririk. O, sizin hakimiyyət tövlənizdən qat-qat təmizdir. Bu gün bizi qurban verirsiniz, sabah biz olmayanda sizin boğanızdan yapışacaqlar. Qardaşlar başa düşməlidirlər ki, bizi dağıtmaq istəyirlər. Bu külək haradan əsir? Deyəsən, Qərbdən. Görünür bizim birliyimizdən qorxub, bizi məhv eləmək istəyirlər. Onlar birinci zonalar hücum etdilər, sonra isə kordona keçdilər. Orada onlara Rusiyada qardaşlığın gücünün nə olduğunu göstərdilər. Yada düşdü? Mən Vladimir sentralında Bukovski ilə görüşmüşəm. O, cinayətkarların mürtədləri (hakim dindən ayrılmış şəxs) dəstəkləmək üçün “qardaşları” siyasətə cəlb etmək istəyirdi. Bizim sahibimiz yoxdur, amma onların hamısının sahibi Qərbdədir. Bizim tutuğumuz mövqe onların xoşuna gəlmədi. İndi Rusiya kimi, cinayət dünyası da sümük kimi boğazlarında ilişib qalıb”.
İntihar, ya sui-qəsd?
Bu söhbətdən sonra 70 yaşlı avtoritet çox yaşamır. Rəsmi məlumatlara görə, Babuşkin 1992-ci ildə özünü asıb. Amma oğru aləmində başqa məlumatlar gəzir: Brilyant öldürülüb. Oğru dünyasına görə, onun özünü öldürmə hüququ yox idi. Babuşkin isə bu qanunlara lazımından çox əməl edirdi. Öldürüməsinin səbəbi isə 90-cı illərdə həbsxanalarda başlaya ikili qanun sistemi idi. Bəzi redivistlər dövlətlə əməkdaşlıq məqsədilə bölmə rəislərinə “işləməyə” başladılar. Babuşkin isə “şərəf kodeksi” ilə azlıqlar arasında qalıb. Ola bilsin elə bu da onun öldürülməsinə səbəb olur.
Qeyri rəsmi məlumatlara görə isə, Babuşkin 1985-ci ildə DİX üzvü ilə danışıqdan sonra killer tərəfindən boğularaq öldürülür.
Babuşkin Solikamskada basdırılıb.
O, sovetin bata bilmədiyi, daha doğrusu öz tərəfinə çəkə bilmədiyi tək-tük oğrulardan olub. Öz ideyasına əvvəldən axıra kimi sadiq qalıb. “Qanuni oğru” tacını oğru şərəfi ilə gəzdirib. Pula və vəzifəyə əyilməyib. O, ölümü ilə 30-cu illərin oğru dünyasının qanunlarını da özü ilə apardı. SSRİ son nəfəsində istədiyinə çatdı: Qanuni oğruların ancaq dövlətə işləməyinə nail oldu...Bəs belələrini “qanuni oğru” adlandırmaq olarmı....
[media=https://www.youtube.com/watch?v=spMEKPkdRZ0]
Mələk Heydərova