Bakı Nəqliyyat Agentliyi ilə Ziya Məmmədovun davası

16-01-2017, 14:40           
Bakı Nəqliyyat Agentliyi ilə Ziya Məmmədovun davası
Bakı Nəqliyyat Agentliyi ilə Nəqliyyat Nazirliyi arasında qarşıdurma yaranır. teref.az politika.az-a istinadən xəbər verir ki, BNA nazirliyi bu və ya digər şəkildə ittiham edir.

Nəqliyyat naziri Ziya Məmmədovun paytaxtın nəqliyyat infrastrtukrunu bu illər ərzində məhv etməsi ciddi problemlər qoyub. Nazirin səlahiyyətlərinin azaldılmasından sonra yerdə qalan problemlərin həlli isə BNA-nə tapşırılıb. Amma agentlik işin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Üstəlik, nazirliyi günahkar çıxarır. Artıq avtobus qəzaları ilə bağlı xəbərlər gündəmdən çıxmır. 2016-cı ilin sonunda paytaxtda 2 gün ard-arda 3 qəza baş verdi. Bakı Nəqliyyat Agentliyi (BNA) isə 2017-ci ildən etibarən bu istiqamətdə konkret addımlar atılacağını bəyan etdi.

2017-ci ilin ilk günlərində isə avtobus qəzaları səngimək əvəzinə can almaqda davam edir. Xüsusilə son 1 ay içərisində "Xaliq Faiqoğlu" MMC-yə məxsus 20 saylı avtobus marşrutunun iştirakı ilə baş verən qəzalar diqqətdən yayınmır. BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsindən Mais Ağayev modern.az-a deyib ki, paytaxtın marşrut şəbəkəsi elə məntiqsiz sistemlə qurulub ki, problem yaranan istiqamətdə dəyişiklik etmək üçün alternativlər yoxdur:

“Bu gün “8-ci kilometr”dən “Avtovağzal”a işləyən tək marşrut 20 saylıdır. Biz bunu marşrutdan çıxarıb hansı daşıyıcıya verəcəyik? Onsuz da bütün daşıyıcılarda vəziyyət təxminən eyni cürdür. Hətta o birilərdə vəziyyət bundan da pisdir ki, yaxşı deyil”. M.Ağayev “Alternativ ola biləcək “BakuBus” var” fikirlərini belə cavablandırıb: “Normalda Türkiyədə bir marşrut üzrə iki daşıyıcı xidmət göstərir. Biri bələdiyyənindir, digəri isə özəl olaraq fəaliyyətdədir.Bizdə isə marşrut şəbəkəsini çıxılmaz vəziyyətə salıb agentliyə veriblər”.

BNA sözçüsü nazirliyi açıq-aşkar ittiham edib. Onun sözlərinə görə, illərdir yığılıb qalan, həllini gözləyən çətin işlərimiz var: “Qeyd edim ki, bütün bunları BNA bir günə həll edə bilməz. Bunun üçün vaxt lazımdır". Həm də bizi narahat edən məsələnin başqa tərəfidir.Bu cür sürücülər deyək ki, qayda pozuntusuna yol verdikdə işdən uzaqlaşdırılır. Amma çox keçməmiş başqa marşrutda yenidən fəaliyyətə başlayır”. Bu isə o deməkdir ki, Nəqliyyat Nazirliyivə şirkətlər həmin sürücülərin başqa xətdə işləməsinə şərat yaradır.

BNA sözçüsü illərlə yığılıb qalan problemləri dilə gətirməklə bu çətinlikləri nazirliyin qoyduğunu deməyə çalışıb. Həqiqətən də Ziya Məmmədov paytaxtın ictimai nəqliyyat problemini həll etmədi, daha da ağır problemlər qoydu. Eyni zamanda Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin fəaliyyəti də ictimai nəqliyyatın hərəkətində müsbətə doğru hər hansı iş görə bilmədi. Əvvəllər Bakıda tıxac olsa da, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yarandığı ilk vaxtlar küçələrdə quraşdırılan monitorlarda heç olmasa tıxaclı ərazilər göstərilirdi. Bu gün isə nə həmin monitorlar, nə də dayanacaqlarda quraşdırılan məlumat tabloları işləmir.

Onun əvəzinə isə, BNA dayanacaqlara Sovet dövrünün nümunəsinə əsaslanaraq yazılı məlumatlar qoyur. 2011-ci ilin noyabr ayından intellektual idarəetmə sisteminin tətbiqinə başlanıb, sistem öncələr işləsə də, hazırda həmin sistem iflasa uğrayıb. Nəqliyyat naziri Ziya Məmmədovun Trampla bağlı ümidləri fıs çıxandan sonra nazirliyin ləğv edilməsi yenidən aktuallaşıb. Eyni zamanda “Azəravtoyol” ASC-nin də böhran dövründə izafi xərclərə səbəb olduğu deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.