Yaşı 40-dan yuxarı olanlar həftədə bir dəfə bunu etməsə xərçəng riskini azaltmış olacaq

14-09-2018, 07:49           
Yaşı 40-dan yuxarı olanlar həftədə bir dəfə bunu etməsə xərçəng riskini azaltmış olacaq
45-65 yaş qrupundakı insanlar həftədə azı bir dəfə spirtli içki içməməlidirlər, Drink Free Days ("Alkoqolsuz günlər") kampaniyasının fəalları məsləhət görür.Kampaniya Britaniyanın Səhiyyə Xidməti və alkoqolizm təhlükəsi barədə məlumat yayan Drinkaware xeyriyyə təşkilatı ilə birgə həyata keçirilir.

Teref.az BBC-yə istinadən xəbər verir ki, İngiltərədəki müxtəlif yaşda olan 9 min respondentin iştirak etdiyi sorğu nəticəsində müəyyən olunub ki, 45-65 yaş qrupundan hər 5 respondentdən biri həftədə icazə verilən maksimum dozadan 14 doza çox alkoqol qəbul edir.

Həkimlərin sözlərinə görə, "alkoqolsuz günlər" yuxusuzluq problemini həll etməyə, arıqlamağa və yüksək qan təzyiqi və xərçəng riskini azaltmağa kömək edəcək.

"Həftədə alkoqolsuz hətta bir gün belə orqanizmə təmizlənmək, qaraciyərə isə istirahət etmək şansı verir," - Public Health England təşkilatından doktor Julia Verne deyib.

Sorğu nəticəsində müəyyən olunub ki, spirtli içki içməyi tamamilə tərgitməkdənsə, böyük alkoqol dozalarından daha xırda dozalara keçmək insanlar üçün daha asandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru