Skripalları zəhərləyən şəxsin əsl adı məlum oldu - QRU yenə biabır oldu...

27-09-2018, 07:31           
Skripalları zəhərləyən şəxsin əsl adı məlum oldu - QRU yenə biabır oldu...
Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq zabiri Sergey Skripal və qızı Yuliyanı Britaniyanın Solsberi şəhərində zəhərləməkdə ittiham olunan şəxslərdən birinin əsl adı məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb.

Bildirilir ki, Ruslan Boşirov kimi tanınan adam əslində Rusiya hərbi kəşfiyyatının polkovniki Anatoli Çepiqadır.

Briytaniyanın Bellingcat təşkilatı araşdırma aparıb. Məlum olub ki, Çepiqa 1979-cu ildə Rusiyanın Amur vilayətində dünyaya gəlib. O, 18 yaşında ölkənin ən sanballı hərbi məktəblərindən biri sayılan Blaqoveşensk hərbi məktəbinə qəbul olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru