Kəmaləddin Heydərovun bacanağı “AFB Bank”dan nə qədər qazanır? – Rəqəmlər

Bu gün, 00:05           
Kəmaləddin Heydərovun bacanağı “AFB Bank”dan nə qədər qazanır? – Rəqəmlər
“AFB Bank”ın səhmdarlarının illik qazancı məlum olub.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, bank səhmdarlarına 2024-cü il üzrə ümumilikdə 7,6 milyon manat dividend elan edib. Bu, əvvəlki illə müqayisədə 28,9% azdır. Belə ki, 2023-cü il üzrə səhmdarlara ayrılan dividendin həcmi 10,67 milyon manat təşkil edib.

Bankın əsas səhmdarı 99,64% payla Hikmət İsmayılovdur. Nəzarət payına uyğun olaraq H.İsmayılov bankdan ötən il üzrə 7 milyon 544 min manat dividend əldə edib. Bu məbləğ 2023-cü ildəki 10 milyon 638 min manatla müqayisədə 30% azdır. H.İsmayılov başqa sözlə, son iki ildə bankdan 18,2 milyon manat qazanc götürüb. pizza hut

Digər iki səhmdar- Camil Muradov və Toğrul Hacıyev hər biri bankda 0,18% paya malikdir. Bu isə o deməkdir ki, onlara ödənilən dividend 2024-cü ildə 14 min manat təşkil edib. 2023-cü il üzrə bu rəqəm 19 min manat olub.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə bankın əsas səhmdarı Hikmət İsmayılov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, 2019-cu ilin əvvəlindən etibarən bankın sahibinə çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru