Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 5.5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanlar 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 57 kilometr şimal-şərqdə qeydə alınıb.
Zəlzələ ocağı yerin 35 kilometr dərinliyində yerləşib.
Xatırladaq ki, ötən gün Əfqanıstanın şimal-şərqində altı bal gücündə zəlzələ olub. Son məlumatlara görə, təbii fəlakət 1 411 nəfərin həyatına son qoyub, 3 124 nəfər xəsarət alıb.