“Elnur-2” şirkəti Cəlilabadı “ələ keçirib”: Bir ildə 5 tender - DETALLAR

Bu gün, 17:51           
 “Elnur-2” şirkəti Cəlilabadı “ələ keçirib”: Bir ildə 5 tender - DETALLAR
Cəlilabad rayon Icra Hakimiyyəti Cəlilabad şəhərində yolların əsaslı təmiri ilə bağlı tenderin nəticələrini açıqlayıb.

Müsabiqənin qalibi “ELNUR-2” Universal İstehsalat Kommersiya Şirkəti olub.

Rəsmi qaynaqlarda qeyd edilir ki, yolların əsaslı təmiri 157 min 609 manata başa gələcək.

Açıq mənbələr üzərindən həyata keçirdiyimiz araşdırma nəticəsində məlum olub ki, son bir ildə Cəlilabad İcra Hakimiyyəti ilə “Elnur-2” şirkəti arasında 5 belə anlaşma olub.

Onlardan biri bu yaxınlarda, 19 avqustda qeydə alınıb. Cəlilabad şəhərində yolların əsaslı təmiri üçün şirkət 423 min 594 manat pul alıb.

Bundan başqa, ötən ilin sentybarında “Elnur-2” şirkəti Cəlilabadın Göytəpə şəhərinin də yollarını əsaslı təmir edib. Həmin tenderin müqabilində isə İcra Hakimiyyətindən 110 min 507 manat pul alıb.

Maraqlı məqamlardan biri də odur ki, Cəlilabad İcra Hakimiyyəti ötən il “Elnur-2” ilə bir ayın içində bütün anlaşmaları reallaşdırıb. Məsələn, dəyəri 419 min 674 manat olan Cəlilabad şəhərində yolların əsaslı təmiri prosesi 09.09.2024-cü ildə baş tutub. Həmçinin 04.09.2024-cü ildə 176 min 289 manatlıq layihə olan Cəlilabad və Göytəpə şəhərlərində yolların əsaslı təmiri işləri baş tutub.

Qeyd edək ki, Cəlilabadda yalnız bir şirkətin tenderlərin qalibi olması müəyyən ehtimallara səbəb olub. Bəzi açıq mənbələrdə rayonun icra başçısı Rafiq Cəlilovla sözügedən şirkət arasında yaxşı münasibətlərin olması iddia edilir.

tribunainfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru