Rusiyadan külli miqdarda pul çıxaran azərbaycanlı ər-arvad saxlanıldı

Bu gün, 00:01           
Rusiyadan külli miqdarda pul çıxaran azərbaycanlı ər-arvad saxlanıldı
Rusiyanın Tümen şəhərində gömrükçülər qanun pozuntusunun qarşısını alıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə “yaşıl dəhliz”dən keçərkən baş verib. Azərbaycanlı ər-arvadın baqaj yoxlaması zamanı gömrük əməkdaşları xeyli miqdarda pul — rubl və Azərbaycan manatını aşkarlayıblar.

Yoxlama nəticəsində müəyyən edilib ki, ölkədən qanunsuz çıxarılan nağd vəsait 1 milyon 493 min rubldur (təxminən 31 min 535 manat). Bu, 2025-ci ilin əvvəlindən bəri valyutanın bəyan edilməməsi üzrə ən iri hal sayılır.

Pozuntu faktı üzrə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən inzibati iş açılıb. Normadan artıq məbləğdə pul vəsaiti müsadirə edilib.

Qeyd etmək vacibdir ki, bir sərnişin bəyan etmədən 10 min ABŞ dollarını aşmayan məbləği ekvivalentdə daşıya bilər. Bu məhdudiyyət bütün valyuta növlərinə — rubl, avro, funt, manat və digər valyutalara şamil olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru