Hakerlərin avqust ayı ərzində oğurladıqları kriptovalyutaların dəyəri açıqlandı

Bu gün, 17:58           
Hakerlərin avqust ayı ərzində oğurladıqları kriptovalyutaların dəyəri açıqlandı
Avqust ayında 16 böyük müdaxilə nəticəsində hakerlər 163 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar. Daha əvvəlki ay bu məbləğ 142 milyon dollar olub.

RBK xəbər verir ki, bu barədə "PeckShield" analitikləri məlumat yayıblar.

İtkilərə görə birinci yerdə bitkoinlərin naməlum sahibi olub. O, 91 milyon dollardan (783 BTC) məhrum olub.

İkinci yerdə Türkiyənin kriptovalyuta birjası "BTCTurk" gəlir. Ondan təxminən 50 milyon dollar dəyərində kriptovalyuta çıxarılıb.

İlk üçlüyü isə yeddi milyon dollar ziyanla "OdinFun" platforması tamamlayır.

"TRM Labs" analitiklərinin hesablamalarına görə, 2025-ci ilin birinci yarısında azı 75 müxtəlif müdaxilə və eksployt nəticəsində dəyəri 2,1 milyard dollardan çox olan kriptovalyuta oğurlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru