Parubiyin qatili: “Bu, Ukrayna hakimiyyətindən intiqamımdır”

Bu gün, 00:11           
Parubiyin qatili: “Bu, Ukrayna hakimiyyətindən intiqamımdır”
Ukrayna Ali Radasının sabiq spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxsin görüntüləri yayılıb.

Musavat.com “Qordon” kanalına istinadən xəbər verir ki, jurnalistlərin “günahınızı etiraf edirsinizmi” sualına cavab olaraq həmin şəxs bunun onun “Ukrayna hakimiyyətindən şəxsi intiqamı” olduğunu deyib.

O əlavə edib ki, Rusiya tərəfindən ölmüş oğlunun cəsədinin qaytarılması ilə bağlı şantaj olmayıb.

“İstədiyim tək şey odur ki, hökm tez bir zamanda elan edilsin. Bəli, mən etiraf edirəm, onu mən öldürdüm. İstəyirəm ki, məni hərbi əsirlərlə dəyişsinlər ki, gedib oğlumun cəsədini tapa bilim”, – deyə şübhəli bildirib.

O qeyd edib ki, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyib. Şəxsin sözlərinə görə, Parubiyi seçməsinin səbəbi sadəcə “yaxınlıqda olmasıdır”.

“Əgər mən Vinnitsada yaşasaydım, onda qurban Petya olacaqdı”, – deyə şübhəli əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru