Portuqaliya sahillərində 400 il əvvəl batmış gəmi tapılıb.
Teleqraf.com xəbər verir ki, Lissabondan çox da uzaq olmayan ərazidə, su altında aparılan arxeoloji qazıntılar zamanı XVI-XVII əsrlərə aid yelkənli gəmi aşkarlanıb.
Məlum olub ki, bu gəmi Hindistandan Avropaya ədviyyat daşınması ilə məşğul olurmuş. Onun içində olan avadanlıq yaxşı vəziyyətdədir.