Kameralar bizi GİZLİ İZLƏYİR? - ARAŞDIRMA

28-09-2018, 22:30           
Kameralar bizi GİZLİ İZLƏYİR? - ARAŞDIRMA
Texnologiyanın həyatımızda qatdığı asanlıq özündə bəzi riskləri də ehtiva edir.

Bu gün smart-televizor, noutbuk, mobil telefon və planşet sahiblərinin heç biri veb kameraya qanunsuz girişdən qorunmayıb. Amerika xüsusi xidmət orqanlarının əməkdaşları bununla bağlı dəfələrlə xəbərdarlıq ediblər. Onlar bildiriblər ki, şəxsi həyatı izləmək mümkün olmasın deyə, kompüterdəki kameranı yapışqanla bağlamaq lazımdır.
Bununla bağlı son dövrlər istehsal olunan noutbuk və stolüstü kompüterlərdə kameranın özününü fiziki olaraq bağlayan əlavələr yerləşdirilər.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Metbuat.az-a açıqlamasında bildirib ki, kompüterə bu kimi əlavələrin yerləşdirilməsinin səbəbləri var:

“Əvvəllər buraxılan noutbuklarda kamera açıq olurdu. Məsələn, kompüterə hər hansı bir virus daxil olan zaman kameranı aktivləşdirə bilir, istifadəçinin görüntülərini qeydə ala bilirdi. Lakin yeni buraxılan komputerlərin kameralarını fiziki olaraq bağlamaq mümkündür. Bu səbəblə, istehsalçılar son illər kompüterlərə kameranı bağlayan fiziki hissə əlavə edirlər.

Düşünürəm ki, elementar təhlükəsizlik qaydalarına əməl olunursa, kompüterdə hər şey normal vəziyyətdədirsə, antivirus aktivdirsə, orada hər hansı bir problemin yaranmasından söhbət gedə bilməz. Lakin kompüterdə elementar təhülkəsizlik qaydalarına əməl olunmayıbsa, elektromüdaxilələr varsa, hansısa bir təhlükə qaçınılmazdır”.

Xəyalə Məmmədova / METBUAT.AZ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru