İlk çoxarvadlı hökmdar, qoyunların seçdiyi cariyə - TARİXİ FAKTLAR

29-09-2018, 00:35           
İlk çoxarvadlı hökmdar, qoyunların seçdiyi cariyə - TARİXİ FAKTLAR
Dünya tarixində hökmdarlar, xanlar, şahlar və sultanlar hərəmxanaları ilə də məşhur olublar. Bu barədə bir çox yazılar, mənbələr günümüzə qədər gəlib çatıb.

Teref.az "ölkə.az"-a istinadən bildirir ki, çox az adam bilir ki, hərəmxana sistemi ilk dəfə Çində qurulub. Bu və digər maraqlı faktları tarixçi-alim Əkbər Nəcəf bizimlə bölüşüb.

Hərəm sisteminin memarı Qədim Çində hökm sürmüş Çu xanədanlığı olub. Tam 800 il Çini idarə edən (e.ə. 1054-250) bu xanədanlıq dövründə "hərəm qanunvericiliyi"nin əsasları hazırlanıb.

Buna görə, bir hökmdarın çoxlu qadınlarının və cariyələrinin olması o hökmdarın gücü və ehtişamı təmsil edirdi. Əsasında bir hökmdar 9 arvad ala bilərdi. Digərləri, sadəcə cariyə funksiyasını icra edirdilər.

Doqquz qadınlı sistem bir kainat sistemi idi. Dördü şərq, dördü qərb olmaqla bir nizam təşkil edirdilər. Beşinci sıradakı qadın balans ünsürü idi.
Ancaq ilk qadın "ağ qan" hesab olunur və ondan doğulan uşaqlar vəliəhd, yəni hökmdar nəslinin davamçısı olurdular. Əgər birinci xanımın övladı olmazda bu haqq ikinciyə ötrülürdü.
Maraqlıdır ki, Çular çinli olmayıblar və Orta Asya üzərindən indiki Monqolustana gəlib Çini ələ keçirmiş bir türk kökənli xanədanlıq idi. Onlar haqqında ilk və sanballı araşdırmalara və kimlikləri haqqındakı fikirlərə yəhudi əsilli böyük alman sinoloq V.Eberhard imza atıb. Eberhar Hitlerdən qaçıb Türkiyəyə gəlmiş və Türkiyədə sinologiyanın əsasını qoymuş bir alimdir. Bu alimin gələn il anadan olmasının 110 illiyi tamam olacaqdır. Eberhar, eyni zamanda böyük türk alim Bahaeddin Ögəlin də müəllimi olub.

Çində Jin xanədanlığı dövründə (265-420) hökmdarların evlənməsi qadağan edilib. Qadağanı qoyan isə dövlətin ilk imperatoru Vu Di (265-290) olub. Ancaq onun zamanında Çin hərəminə astronomik sayda cariyə cəlb olunmuşdur. Sadəcə hökmdarın cariyələrinin sayı 5.000 idi. Özündən sonra taxta çıxan Hui Vu zamanında isə cariyə sayısı 10 minə çıxmışdır.

Shi Hu zamanında isə saraydakı cariyə sayısı 30 minə yüksəldi. Bütün ölkə hökmdar üçün qız axtaran məmurlarla dolub daşırdı. Dövlət xəzinəsinin böyük hissəsi də bu sistemə və qız axtaran məmur aparatına xərclənirdi.
Hökmdarların bir-birlərinə, yaxınlarına, tabeliklərində olanlara qadın və ya cariyyə hədiyyə etməsi də qədim Çin ənənəsi olub. Çində Çu imperiyasının tənəzzül dövrü Döyüşən Dövlətlər dövrü (e.ə. 475-221) adlanır. Bu dövrdə Çində hər əyalət özünü bir dövlət elan etmişdi. Bu dövlətlərin hökmdarları dost və düşmən münasibətləri içində yaşayırdılar. Bu vaxt hökmdarların gözəl qızları bir hədiyyə vasitəsi olaraq bir-birlərinə göndərmə ənənəsi yarandı. Həmin tarixdən sonra da qadın hədiyələşmə vasitəsi olaraq qaldı və hətta Çinin sərhədlərini aşaraq geniş bir areala yayıldı.
Tarixdə ilk çoxarvadlı hökmdar Çinin mifik hökmdarı Di Shun olub. Bu adam eyni ailənin iki qızı ilə evlənmişdir. İki bacılar özləri də hökmdar ailəsindən olub hökmdar Di Yaonun qızlarıdır. Bu hadisə eyni zamanda tarixdə bir kişinin birdən artıq arvad almasını göstərən ilk tarixi faktdır. Bu hadisə e.ə. III min illikdə cərəyan edib...

Çin sarayında qadınların çoxluğu ciddi bir problemdi. Belə olan halda hökmdarın gecəni hansı qadınla keçirməsini qoyunlar təyin edirdi. Hərəmin içindəki yollar dar olduğundan hökmdarın arabasını qoyunlar çəkirdi. Qoyun arabası hansı cariyənin qapısında dayanırdısa hökmdar gecəni orada keçirirdi.
Bu vəziyyət maraqlı səhnələrə də səbəb olmuşdur. Belə ki, bəzi ağıllı cariyələr qoyunların dayanması üçün öz qapılarının ağzına ot qoyurdular. Bəziləri də qoyunun keçəcəyi yola duzlu su tökürdülər.
Bəzən də hökmdarla birlikdə olan cariyəni zər oyunları təyin edirdi.
Çinli bir imperatorun gecə həyatı, gün batmadan iki saat əvvəl başlayırdı. Artıq bu saatda onun gecəni keçirəcəyi qadın hərəmağası tərəfindən müəyyən olunurdu. Hər günə uyğun yataq otağı və tərtibatı olurdu. Burada əşyalar qədər seçilən rənglər də mühümdür.
İmeratorun səfahətilərinin isə xüsusi dəftərləri tutulurdu. Hətta buraya gecəni keçirdiyi qadınları adları və xüsusiyyətləri də yazılırdı. Hökmdarla gecəni keçirən qadınlar isə ciddi nəzarət altında tutulurdular.

Hökmdar ilə qadınlarının arasındakı məşhur səhnələrin də nizamı vardı. Kişi-qadın münasibətinin demək olar ki, çoxu səfahat nizamına ayrılmışdı..














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.