Övladı olmayıbmış - Faciəvi qəzada həyatını itirən müəllimin FOTOSU

3-10-2018, 08:07           
Övladı olmayıbmış - Faciəvi qəzada həyatını itirən müəllimin FOTOSU
Dünən Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində 42 nəfər sərnişindən 33-ü yaralanıb, 13 yaşlı məktəbli və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu dünyasını dəyişib.
Unikal.org qəza nəticəsində dünyasını dəyişən şəxslərin kimliyini araşdırıb.


Məlum olub ki, 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu Abşeron Binə Peşə Liseyində müəllim işləyib. O, uzun illərdir liseydə xüsusi fənlər (traktor və avtomobillər) üzrə dərs deyib. Ş.Əliyev yaşının çox olmasına baxmayaraq subay olub, övladı olmayıb. Nizam-intizamlı müəllim olub.

Dünyasını dəyişən 13 yaşlı Yusif Tahir oğlu Dadaşzadə Bakının Xəzər rayonu 218 saylı məktəbinin 7-ci sinif şagirdi olub. O, ailənin tək övladı olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.