Paytaxt qəsəbələrində sakinlərin problemləri müzakirə edilir
25-11-2019, 10:46
Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətlərinin başçıları şəhərin qəsəbələrində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə görüşlər keçirirlər. Görüşlərdə rayonların rəhbərliyi ilə yanaşı rayonların təsərrüfat və xidmət sahələrinin, bələdiyyələrin, hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə sakinləri, ağsaqqallar, din xadimləri, təhsil və səhiyyə işçiləri, digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Tədbirlər çərçivəsində Qaradaq RİH başçısı Süleyman Mikayılov rayonun Çeşildağ və Körgöz qəsəbələrində, Suraxanı RİH-nin bağçısı Əziz Əzizov Hövsan qəsəbəsində, Xəzər RİH-nin başçısı Elşən Salahov Binə qəsəbəsində, Binəqədi RİH başçısı Elxan Allahverdiyev M.Ə.Rəsulzadə qəsəbəsində, Sabunçu RİH başçısı Adil Vəliyev Maştağa, Ramana və Nardaran qəsəbələrində görüşlər keçirmiş, sakinlərin müraciət və təklifləri dinlənilmişdir.
Sakinlərin böyük fəallığı və ənənəvi “Açıq mikrofon” formatında ilə keçən görüşlərdə ölkə başçısı tərəfindən həyata keçirilən siyasi kursa birmənalı dəstək ifadə edilmişdir.
Görüşlərdə irəli sürülən bütün müraciət və təkliflər nəzarətə götürülmüşdür.