BŞİH məlumat yaydı - FOTO

3-09-2020, 19:39           
BŞİH məlumat yaydı - FOTO
Teref.az- Ötən günlər sosial şəbəkədə Bakı-Pirşağı-Sumqayıt qatarının hərəkət yolunun kənarında, Görədil qəsəbəsi ərazisindən keçən su kanalının zibilliyə çevrilməsi barədə məlumat və fotolar yayılmış, kanalın sakinlər tərəfindən zibilləndirildiyi bildirilmişdi. Bu barədə DİA.AZ-a BŞİH-dən verilən məlumatda deyilir.

Məsələ ilə bağlı paytaxtın kommunal xidmətləri tərəfindən əraziyə baxış keçirilmiş və fakt öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, bu ərazidə sakinlər tərəfindən kanalın və ətraf ərazilərin məişət tullantıları ilə çirkləndirilməsi halları dəfələrlə baş vermişdir.

Kommunal xidmətlərin əməkdaşları tərəfindən qısa müddət ərzində kanalın daxili və ətraf ərazi tullantılardan təmizlənmiş, əraziyə əlavə tullantı konteynerləri yerləşdirilmiş, ərazinin təmizliyınə cavabdeh olanyerli bələdiyyə və ərazi nümayəndəliyinə ərazinin sanitar-təmizliyinə diqqətin artirılması və sakinlərlə maarifləndirici söhbətlərin aparılması tapşırılmışdır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru