Martın 14-də gözlənilən hava şəraiti

13-03-2021, 14:48           
Martın 14-də gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə martın 14-də

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz

6-8 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Martın 14-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasənyağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə

5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoz

Martın 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru