Yaşadığı ünvanı tərk edən daha bir COVID-19 xəstəsi aşkarlanıb

21-08-2021, 11:59           
Yaşadığı ünvanı tərk edən daha bir COVID-19 xəstəsi aşkarlanıb
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktiki tədbirlərlə koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayonun Bahar qəsəbəsi sakini Nizami İmanovun karantin qaydalarına zidddavranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub.

Həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılması təmin edilib.

Faktla əlaqədar Beyləqan RPŞ-də araşdırmalar aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.