Mingəçevirdə ictimai nəqliyyatda və qapalı məkanlarda polis əməkdaşları tərəfindən yoxlamalar aparılır

25-08-2021, 11:32           
Mingəçevirdə ictimai nəqliyyatda və qapalı məkanlarda polis əməkdaşları tərəfindən yoxlamalar aparılır
Koronavirusa yoluxma hallarının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Mingəçevirdə polis əməkdaşları nəzarət-profilaktik tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ictimai nəqliyyatda və qapalı məkanlarda keçirilən yoxlamalar zamanı xüsusi formada olanlarla yanaşı mülki geyimli polislər də iştirak edir. Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində, böyük mağazalarda, eləcə də digər qapalı məkanlarda karantin rejimindən irəli gələn tələblərə riayət etməyənlər aşkarlanır. Özləri ilə bərabər digər hərəkət iştirakçılarının da sağlamlığına məsuliyyətsiz yanaşan həmin şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. İnfeksiyanın kütləvi yayılmasının qarşısının alınması üçün qaydalara qeyd-şərtsiz əməl etməyin vacibliyi ilə bağlı tövsiyələr verilir.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.