Sentyabrın 15-də gözlənilən hava şəraiti

14-09-2021, 14:10           
Sentyabrın 15-də gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-30° isti,

Bakıda 20-22° isti, gündüz 27-29° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 15-də Abşeron yarımadasında mülayim xəzri küləyi və komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru