Nəsimi rayon məktəblilərinin yay tətili günləri maraqlı və yaddaqalan keçir - FOTOLAR

7-07-2017, 15:00           
Nəsimi rayon məktəblilərinin yay tətili günləri maraqlı və yaddaqalan keçir - FOTOLAR
teref.az - Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan uşaqlarının sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur.Ulu öndər öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olmasına yönəlmişdir.

Məktəblilərin yay tətili günlərinin mənalı, maraqlı və yaddaqalan olması üçün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə tədbirlər davam edir.

teref.az - xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Novxanı AQUAPARK əyləncə mərkəzində təşkil edilən tədbirə uşaqlar onlar üçün xüsusi ayrılmış avtobuslarla gəlmişlər. Uşaqlar üçün təşkil olunan bu tədbirdə rayonun məktəblərində təhsil alan aztəminatlı ailələrdən, təhsildə və idmanda fərqlənən, 150-dək məktəbli iştirak etmişdir.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə iştirak edən uşaqlara xoş istirahət arzu edərək bildirdi ki, bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mədəni mühitdə böyüməsinə çalışır. Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri

yaradılıb. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin,sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir. Gülarə Verdiyeva daha sonra bildirdi ki, uşaqların istirahətini və sosial qayğılarını təmin etmək məqsədilə Heydər Əliyev Fondu davamlı olaraq layihələr həyata keçirir. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah işləri nümunəvidir. Bu xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız xeyirxah əməllər təşkil edir. Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” fikrini dəfələrlə vurğulayıb.

Novxanı AQUAPARK əyləncə mərkəzində istirahətin səmərəli təşkili məqsədilə keçirilən tədbirdə uşaqlar müxtəlif maraqlı su attraksionlarında əylənib, oyunlarda iştirak edib, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət aparıblar. İsti yay günündə əylənən uşaqlar Nəsimi rayon İcra Hakimiyyətinin təşkil etdiyi bu aksiyadan xüsusi zövq alıb, burada gözəl istirahət edib, əyləniblər. Tədbirdə uşaqlar birgə nahar ediblər.

Məktəblilər həmçinin Novxanıda yerləşən Flora Klubda da olmuş, bu bağda yetişdirilən çoxsaylı bitki və güllərlə yaxından tanış olmuşlar. Uşaqlar arasında şahmat və dama yarışları keçirilmiş, qaliblər hədiyyələrlə mükafatlandırılmışlar.

Keçirilən tədbir məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz minnətdarlıqlarını bildirmişlər.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.