Nəsimi rayonunda “Azərbaycan milli ideologiyasında qadınların rolu” mövzusunda görüş keçirilmişdir

21-08-2017, 13:21           

Dunya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş edən xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın rolu böyük olub. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı və yüksək analıq keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutub. Eyni zamanda Azərbaycan qadınları tariximizin butun dövrlərində xalqımızın taleyüklü məsələlərinin həllinə öz sanballı töhfələrini veriblər.

“Azərbaycan milli ideologiyasında qadınların rolu” mövzusunda Nəsimi rayonunda təhsil, səhiyyə,mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda çalışan, şəhid anaları, veteran ailələri, əmək veteranları, həmcinin rayonun ictimai həyatında fəal iştirak edən qadınların iştirakı ilə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan Nəsimi rayon icra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, Azərbaycanın qəhrəman və ziyalı qadınlarının adları coxəsrlik tariximizın səhifələrinə yazılıb. Bu gün isə artıq beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu xeyli artmışdır.Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət tərəfindən qadın hərəkatına qaygi və dəstək gücləndi. Bu gün respublikamızda əsası ulu ondər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir.Gülarə Verdiyeva bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva beynəlxalq aləmdə öz siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir. Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın uşaq, yeniyetmə və gənclərimizin sağlam böyüməsi, təhsilləri, istedadları və dünyagörüşlərinin artması, həmçinin gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən və layihələrdən ətraflı söz açdı.

Tədbirdə Bakı şəhər icra Hakimiyyəri Başçısının müavini Fidumə Hüseynova cıxış edərək bildirdi ki, Azərbaycan qadınının səsi bu gün ən yüksək tribunalardan- dünyanın müxtəlif ölkələrində keçirilən konfrans və tədbirlərdən gəlir. Qadınların mötəbər qurumlarda təmsil olunması bizim üçün böyük fəxrdir. Daha sonra Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva qadınların hüquqlarının qorunmasında, qadınların məşğulluq, sağlamlıq və sosial problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərdən danışdı.
Görüşdə iştirak edən Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Sevinc Əbülhəsənova, Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova çıxış edərək bildirdilər ki, ulu ondər Heydər Əliyev tərəfindən Azərbaycan cəmiyyətində qadınların fəallığının artırılması sahəsində həyata keçirilən tədbirlər bu gün də uğurla davam etdirilir. Qubadlı rayonundan məcburi köçkün Nəzakət Salayeva, Fizuli rayonundan məcburi köçkün, şəhid ailəsi Zeynəb Bəhmənli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkün ailələrinə, onların uşaqlarına, şəhid və veteran ailərinə olan xüsusi diqqət və qayğısindan ətraflı söz açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə şəhid və veteran ailələrinə, rayonun ictimai həyatında fəal iştirak edən bir qrup qadınlara tibbi ləzazimatlardan ibarət xüsusi hədiyyələr təqdim edildi. Görüşün sonunda Nəsimi rayon qadınları adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təbrik ünvanlandı.





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.