Fəzail Ağamalının 70 yaşı tamam olur - TƏBRİK

25-08-2017, 21:33           
Fəzail Ağamalının 70 yaşı tamam olur - TƏBRİK
Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Ermənistan SSR Sisian rayonunun Qızıl Şəfəq (Şıxlar) kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. 2 monoqrafiyanın və 50-dən çox elmi məqalənin müəllifidir. Rus dilini bilir.

1971-ci ildən Naxçıvan şəhərində orta məktəb müəllimi, Naxçıvan Dövlət Universitetinin müəllimi, baş müəllimi işləmişdir. 1983-cü ildən Azərbaycan Texnologiya İnstitutunda kafedra müdiri, 1988-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan İqtisad Universitetində dosent və professor vəzifələrində çalışmışdır. 1992-ci ildə Azərbaycan Respublikası sosial təminat nazirinin müavini, 1993–1994-cü illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini və naziri əvəzi olmuşdur.
Ana Vətən Partiyasının sədridir.
2005-2010 -2015 ci illər noyabrın 6-da 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Bolqarıstan, Azərbaycan-İsveç, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Evlidir, 3 övladı var.
teref.az olaraq bizdə Fəzail Ağamalını 70 illiyi münasibəti ilkə təbrik edir uzun ömür və can sağlığı arzu edirik!
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru