Marsla bağlı yeni faktlar aşkarlandı
10-11-2015, 12:50
Bu ilin əvvəlində Marsda su tapıldığını açıqlayan NASA, bu planetlə əlaqəli yeni məlumatlar yayıb. Bu barədə Trend “Sputnik”a istinadən məlumat verir.
Planetin milyard il əvvəl su olan səthi günəş fırtınaları və atmosferdəki qaz itkiləri nəticəsində quraqlaşaraq səhraya çevrilib.
Amerikalı alimlər bir zamanlar Marsın maye haldakı suyun mövcudluğuna imkan yaradan atmosferə malik olduğunu aşkar ediblər.
Lakin daha sonra bu atmosfer quruluşunun əhəmiyyətli dəyişikliklərə məruz qaldığı bildirilib.
Bu dəyişikliklərin ən önəmli səbəbi isə Marsda da bizim planetdə olduğu kimi qlobal maqnit sahəsinin olmamasıdır.
Yer planetinin malik olduğu maqnit sahəsi onu günəşdən gələn radiasiya, yüksək enerjili qaz partlayışları və maqnetik hissəciklərdən qoruyur.
Qoruyucu qalxanı olmayan Mars planeti atmosferinin bundan 4 milyard il əvvəl parçalandığı təxmin olunur.
Hazırda günəş fırtınaları Marsın atmosferində saniyədə 100 qram qaz itkisinə səbəb olur.
Bütün bunlar bir vaxtlar Yer planetinə bənzəyən Marsın soyuq və səhralaşmış bir hala gəldiyi barədə önəmli dəlillərdir.