"Kimdən danışırsınız?" - Tramp Zelenskinin kim olduğunu unutdu VİDEO

11-08-2019, 00:00           
"Kimdən danışırsınız?" - Tramp Zelenskinin kim olduğunu unutdu VİDEO
ABŞ Prezidenti ukraynalı həmkarını "dərrakəli oğlan" adlandırıb

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskinin kim olduğunu unudub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Trampın jurnalistlərlə keçirilmiş ayaqüstü brifinqi zamanı maraqlı hadisə baş verib.

Jurnalistlərdən biri amerikan liderindən Zelenskini Ağ Evə dəvət etmək planının olub-olmadığı haqqında soruşub.

Cavab olaraq isə Tramp deyib: "Bağışlayın, siz kim haqqında danışırsınız?".

Jurnalistin Ukrayna prezidentini nəzərdə tutduğunu bildirməsindən sonra Tramp Zelenski ilə görüşü səbirsizliklə gözlədiyini deyib və onu "dərrakəli oğlan" adlandırıb.

Lakin internetdə yayılmış videodan aydın deyil ki, Tramp ukraynalı həmkarının kim olduğunu yaddan çıxarıb və ya sualı birinci dəfədən eşidə bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru