Çində 28 nəfər “Lekima” qasırğasının qurbanı oldu

11-08-2019, 09:30           
Çində 28 nəfər “Lekima” qasırğasının qurbanı oldu
Çinin şərqindəki Çjetszyan vilayətində “Lekima” qasırğasının nəticəsində ölənlərin sayı 28-ə çatıb.

Trend-in məlumatına görə, daha 20 nəfər itkin düşmüş hesab olunur.

Qeyd edək ki, öncə 18 nəfərin həlak olması və 14 nəfərin itkin düşməsi barədə məlumat verilmişdi.

Bildirilir ki, 1 milyondan çox insan təxliyə edilib. Ümumilikdə qasırğa nəticəsində vilayətin 5 milyona yaxın sakininə zərər dəyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.