Boris Conson təhlükəli cinayətkarların həqiqi həbs müddətini sərtləşdirmək istəyir

11-08-2019, 09:25           
Boris Conson təhlükəli cinayətkarların həqiqi həbs müddətini sərtləşdirmək istəyir
Böyük Britaniyanın baş naziri Boris Conson xüsusi təhlükəli cinayətkarların saxlanılması müddətini sərtləşdirmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə “The Sunday Telegraph” qəzeti məlumat yayıb.

Məlumata görə, Britaniyanın hökumət başçısı Dauninq-stritdəki öz iqamətgahında polis rəhbərlərini, krallığın prokurorluq nümayəndələrini, sabiq hakimləri, həbsxana və məhkəmə administrasiyalarını toplamaq fikrindədir. Bildirilir ki, bu daxili iclasda Conson xüsusi cinayətkarların həbs müddətinin yarısını çəkdikdən sonra avtomatik azad edilməsi ilə bağlı ölkədə hazırda mövcud təcrübəyə son qoymağı planlaşdırır.

Baş nazirin belə bir təşəbbüslə iştirak etməsinin əsas səbəblərindən biri kimi bəzi məhkumların öz cəza müddətlərinin beşdən bir hissəsini çəkdikdən sonra azad edilməsi göstərilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.