Rusiya qırıcılarının sayı açıqlandı

13-08-2019, 00:14           
Rusiya qırıcılarının sayı açıqlandı
Hazırda Rusiya Hava-kosmik qüvvələrinin tərkibində 1,8 min təyyarə var.

Bu barədə "TASS" agentliyi açıq mənbələrə və xüsusi sənədlərə əsasən məlumat yayıb.

Bildirilir ki, Rusiya 800-dən artıq qırıcıya (Су-27, Су-30, Су-33, Су-35, МиГ-29, МиГ-31 və onların modifikasiyası) malikdir.

Bundan başqa Hava-kosmik qüvvələrin tərkibində 200 zərbə təyyarəsi, (Су-34, Су-24М və modifikasiyaları), 200-dən artıq hücum təyyarəsi (Су-25), təxminən 150 təlim-məşq təyyarələri (Як-130 və s.), 70 strateji bombardmançı (Ту-95 və Ту-160) və 40-dan artıq Ту-22М3 bombardmançı təyyarə var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru