Almaniyadan sığınacaq istəyən ali təhsilli İran və Türkiyə vətəndaşlarının sayı artıb

13-08-2019, 01:35           
Almaniyadan sığınacaq istəyən ali təhsilli İran və Türkiyə vətəndaşlarının sayı artıb
Almaniyaya gələrək sığınacaq istəyən Türkiyə və İran vətəndaşlarının çoxu ali təhsillidir. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) “Qaçqın statusu üçün müraciət edənlərin potensialı” adlı hesabatında qeyd edib.

Hesabatda deyilir ki, 2018-cı ildə Almaniyadan sığınacaq istəyən Türkiyə vətəndaşlarının 59,3 %-i ali təhsilli olduqlarını qeyd ediblər. Bu 2017-ci ilin əvvəlində 46 % olaraq qeydə alınıb.

Həmin hesabatda qeyd olunub ki, keçən il sığınacaq istəyi ilə bağlı müraciət edən İran vətəndaşlarının 47,5 %-i ali təhsilli olub. 2017-ci ildə bu rəqəm 42,6 % olaraq qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru