Britaniyalılar "Brexit" öncəsi ərzaq ehtiyatı toplamağa başlayıb

13-08-2019, 07:32           
Britaniyalılar "Brexit" öncəsi ərzaq ehtiyatı toplamağa başlayıb
Böyük Britaniya əhalisinin təxminən 20%-i ölkənin AB-ni razılaşmasız tərk edəcəyi gün üçün ərzaq ehtiyatı toplayır.

APA “Premium Credit” təşkilatının hesablamalarına istinadən xəbər verir ki, hər beş britaniyalıdan biri qidaya, içki və dərmanlara əlavə 380 funt-sterlinq pul xərcləyib. Ümumilikdə ölkə əhalisi ehtiyat tədarüklərinə 4 milyard funt-sterlinq vəsait sərf edib.

Ölkədə fəaliyyət göstərən şirkətlər bir qədər əvvəl xəbərdar edib ki, AB-nin razılaşmasız tərk edilməsi Britaniyaya malların çatdırılmasında problemlər yarada bilər. Bəzi şirkətlər özləri də ehtiyat toplama kampaniyasına qoşulub. Bunların sırasında “Pets at Home” zoo-məhsullar idxalatçısı və “Domino’s Pizza” restoranlar şəbəkəsini göstərmək olar. “Brexit” ərəfəsində Britaniyaya lüks avtomobillərin gətirilməsi də 16% artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru