İran ABŞ-a xəbərdarlıq etdi: Əsgərlərinizin həyatı...

23-11-2019, 08:42           
İran ABŞ-a xəbərdarlıq etdi: Əsgərlərinizin həyatı...
ABŞ öz əsgərlərinin həyatına görə məsuliyyətli davranmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri İranın "Hatəmül Ənbiya" Mərkəz Qərargahının komandanı Qulam Əli Rəşid ABŞ-ın 6 ay sonra Bəsrə körfəzinə təyyarədaşıyan gəmi göndərməsi məlumatını şərh edərkən deyib.

“ABŞ regionda yalnış addımlar atmamalıdır. Bu meydandan ABŞ-a və İran düşmənlərinə xəbərdarlıq edirik. ABŞ hökuməti regionda, xüsusilə Bəsrə və Hörmüz körfəzində əsgərlərinin həyatı üçün məsuliyyətli davranmalıdır”, - deyə Rəşid bildirib.

Qeyd edək ki, ABŞ 6 aylıq fasilədən sonra Bəsrə körfəzinə təyyarədaşıyan gəmi göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru