Avropa İttifaqı qoruyucu tibbi vasitələrin ixracını qadağan edib –Avropa Komissiyasının Prezidenti

17-03-2020, 00:00           
Avropa İttifaqı qoruyucu tibbi vasitələrin ixracını qadağan edib –Avropa Komissiyasının Prezidenti
Avropa İttifaqı (Aİ) koronavirusla mübarizə tədbirləri çərçivəsində qoruyucu tibbi vasitələrin kənar ölkələrə ixracını qadağan edib.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib.

Onun sözlərinə görə, Aİ daxilindəki tələbatı ödəmək, tibb işçilərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi tibbi geyim formaları, əlcəklər və tibbi eynəklərin təşkilat xaricindəki ölkələrə ixracı yalnız xüsusi icazə aldıqdan sonra mümkün olacaq.

O qeyd edib ki, Aİ məsələ ilə əlaqədar hazırda üç istiqamətdə fəaliyyət göstərir: “İstehsalı artırmaq məqsədi ilə sənaye sahələri ilə işləyir, lazımlı qoruyucu vasitələri Aİ daxilində saxlayır və bunun bütün ittifaq ərazisinə paylanmasını təmin edir”. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru