Qardaş ölkə prezidentindən gözlənilməz: Çinə getdi

17-03-2020, 00:01           
Qardaş ölkə prezidentindən gözlənilməz: Çinə getdi
Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin Çin Xalq Respublikasına (ÇXR) səfəri başlayıb.

Axar.az xəbər verir ki, ÇXR Sədri Si Cinpinin dəvəti ilə baş tutan səfər Arif Alvinin Pakistan Prezidenti kimi Çinə ilk səfəridir. Pakistanın Xarici İşlər Nazirliyinin açıqlamasında iki gün davam edəcək səfərin iki ölkə arasında tarixi etimadın və qarşılıqlı dəstəyin daha da möhkəmləndirilməsində mühüm rol oynayacağı vurğulanır.

Qeyd edək ki, Arif Alvi Çində yeni tip koronavirusun yayılmağa başlamasından sonra Kamboca Krallığının Baş Naziri Hun Sen və Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın ardından Çinə səfər edən 3-cü rəhbər şəxsdir.

Pakistan koronavirus epidemiyası ilə mübarizədə Çin ilə həmrəy olduğunu ilk bəyan edən ölkələrdən biridir. Milli Assambleya və Senatda Çinin COVID-19 infeksiyası ilə mübarizəsinə tam dəstək ifadə edən qətnamə də qəbul olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru