Fransada koronavirusa yoluxanların sayı 6,6 mini keçib

17-03-2020, 01:42           
Fransada koronavirusa yoluxanların sayı 6,6 mini keçib
Fransada yeni növ koronavirusa yoluxma hallarının sayı 6,6 mini ötüb, 148 nəfər dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə Fransanın səhiyyə agentliyi məlumat verib.

Məlumata görə, son sutka ərzində xəstələnənlərin sayı 1210, ölüm hallarının sayı isə 21 olub.

Fransa prezidenti Emanuel Makron televiziya müraciətində bildirib ki, martın 17-dən etibarən respublika ərazisində sakinlərin hərəkətinə məhdudiyyətlər qoyulur. Bu tədbir ən az 15 gün ərzində qüvvədə olacaq. Ölkə Prezidenti bu qaydanın tətbiq edilməsinin zəruriliyini onunla izah edib ki, fransızların əksəriyyəti hələ də Səhiyyə Nazirliyinin müəyyən etdiyi sanitar normalarına riayət etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru