ABŞ-da San-Fransisko sakinlərinə evdən çıxmaq qadağan olunub

17-03-2020, 08:18           
ABŞ-da San-Fransisko sakinlərinə evdən çıxmaq qadağan olunub
Kaliforniya səlahiyətliləri COVİD-19 koronavirusunun yayılması ilə əlaqədar San-Fransisko və ətraf San-Xose, Berkli, Oklend şəhərlərində təxminən 7 milyon əhalini əhatə edəcək sərt karantin tədbirləri tətbiq ediblər.

Meqapolisin yeddi administrativ bölgü sakinlərinə küçəyə ərzaq, dərman almaqdan və ciddi zərurət olduqdan başqa hallarda çıxmaq qadağandır.

Kaliforniyanın cənubunda isə 13 milyondan çox əhalisi olan Los-Anjeles və San-Dieqo şəhərlərində bütün restoranlar, evlərə sifarişlər istisna olmaqla, fəaliyyətlərini dayandırıb.

ABŞ-da yeni növ koronavirusa yoluxma hallarının sayı 4,6 mini keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru