Yaponiya İrana 23 milyon dollar ayırdı

17-03-2020, 12:42           
Yaponiya İrana 23 milyon dollar ayırdı
Yaponiya hökuməti koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün İrana 23,5 milyon dollar ayırmaq qərarı verib.

Teref.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər naziri Moteqi Toşimitsu açıqlama yayıb.

O vurğulayıb ki, İranda xəstəliyə yoluxanların sayı 15 min nəfərə yaxınlaşır ki, bu da Çin və İtaliyadan sonra üçüncü ən böyük göstəricidir.

“Virusun yayılması bütün beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur”,- deyə nazir qeyd edib.
Qeyd edək ki, son məlumatlara görə, İranda koronavirusa yoluxanların sayı 14,991-ə çatıb. Onlardan 853-ü ölümlə nəticələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru