İtaliyanın cənubundakı Kalabriya əyalətində 3.5 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar nəticəsində tələfat və dağıntılar olmasa da, əhali təşvişdən küçələrə çıxıb.
Qeyd edək ki, İtaliyada koronavirus səbəbindən karantin elan olunub. Ölkədə koronavirusa yoluxanların sayı 28 minə yaxındır. 2158 nəfər isə bu virusdan ölüb.