Gürcüstanın Baş Naziri: “Virus artıq ölkə ərazisində yayılır”

18-03-2020, 00:44           
Gürcüstanın Baş Naziri: “Virus artıq ölkə ərazisində yayılır”
“Virus artıq ölkə ərazisində yayılır və bütün vətəndaşlarımız yoluxanların sayının həndəsi irəliləyişlə artmasına hazır olmalıdırlar”.

Bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxariya deyib.

O bildirib ki, bu virusun yayılma sürətini yavaşlatmaq məqsədi ilə ölkədə yeni rejimə keçilməlidir.

“Dördtərəfli yoluxma zamanı virusun mənbəyini tapmaq şansımız azdır. Açıq danışmalıyıq və obyektiv reallığı anlamalıyıq. Bu, hökumətin məsuliyyətidir. Daxili yayılma o deməkdir ki, məsələn, bu gün ölkədə yoluxma təsdiqlənmiş 35 hal varsa, bu rəqəm həndəsi olaraq artacaq, bu, fərqli bir reallıqdır, buna görə hökumətin qəbul etdiyi qərarlar daha sərt olacaq”, - deyə G.Qaxariya bildirib. \\APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru