Avropanın bütün ölkələrində koronavirus aşkarlandı

18-03-2020, 02:57           
Avropanın bütün ölkələrində koronavirus aşkarlandı
COVİD-19 virusu Avropanın bütün ölkələrində qeydə alınıb.

“Report” xarici mətbuata istinadla xəbər verir ki, martın 17-də axşam Monteneqroda da koronavirusa iki yoluxma qeydə alınıb.

Ölkənin baş naziri Duşko Markoviçin sözlərinə görə, virus xaricdən qayıtmış 1948 və 1973-cü il təvəllüdlü qadınlarda aşkarlanıb.

Qeyd edək ki, ilk dəfə Çinin mərkəzində 2019-cu ilin sonunda aşkarlanmış koronavirus 130-dan çox ölkədə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı onu pandemiya kimi tanıyıb.

Son məlumatlara görə, dünyada 180 mindən çox insan COVİD-19-a yoluxub, təxminən 7 min nəfər koronavirusun qurbanı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru