ÜST son bir gündə dünyada 11,5 min insan koronavirusa yoluxub

18-03-2020, 07:02           
ÜST son bir gündə dünyada 11,5 min insan koronavirusa yoluxub
Son gün ərzində dünyada 11,5 min insanda koronavirus aşkarlanıb, 400-dən çox xəstə ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilir.

ÜST-ün məlumatına görə, dünyada bir gün ərzində virusa 11 526 yeni yoluxma qeydə alınıb. Beləliklə, dünyada COVD-19 infeksiyasında yoluxanların ümumi sayı 179 112 nəfər təşkil edir.

Bundan başqa, təşkilatın məlumatına əsasən, koronavirusdan bir gün ərzində 475 nəfər ölüb. Bununla da dünyada koronavirusdan ölənlərin sayı 7 426 nəfərə çatıb.

Qeyd edilir ki, son gün ərzində virus daha səkkiz ölkədə aşkar edilib.

Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə ÜST-ə ölkənin mərkəzi hissəsindəki (Xubey əyaləti) Uhan şəhərində naməlum pnevmaniyanın yayılması haqqında məlumat verib. Mütəxəssislər xəstəliktörədicinin koronavirus olduğunu müəyyənləşdirib. ÜST martın 11-də COVİD-19 infeksiyasını pandemiya elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru