Rus mediası korona ilə bağlı dezinformasiya yayır - Hesabat

18-03-2020, 16:54           
Rus mediası korona ilə bağlı dezinformasiya yayır - Hesabat
Rusiyadakı kremlyönlü KİV koronavirusla mübarizə ilə bağlı dezinformasiya kampaniyası aparır.

Axar.az xəbər verir ki, bu məlumatı “Fayneşnl Tayms” Avropa Xarici Siyasət Fəaliyyəti Xidmətinin hesabatına istinadən yayıb.

Hesabatda Rusiya mediasının bilərəkdən təşviş və qorxu yaydığı bildirilib. Belə ki, koronavirusla bağlı AB-də 80 dezinformasiyanın aşkarlandığı bildirilib. Bu dezinformasiyaların Rusiyaya məxsus saxta hesablar vasitəsilə yayıldığı vurğulanıb.

Saxta hesablar vasitəsilə məlumatların ingilis, alman, ispan, italyan və fransız dillərində yayıldığı qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru